Xəbərlər

BAAU-nun təmsilçiləri Səudiyyə Ərəbistanının yeni səfiri ilə görüşüblər

BAAU-nun təmsilçiləri Səudiyyə Ərəbistanının yeni səfiri ilə görüşüblər
  • 10 Oct 2023

Oktyabrın 9-da Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov, BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova, İcraçı direktoru, dosent Mütəllim Rəhimov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyl ilə görüşüblər. BAAU-nun prorektoru Nigar Hüseynova ölkəmizdə fəaliyyətə başlaması münasibətilə səfiri BAAU-nun rektoru adından təbrik edib. N.Hüseynova daha sonra universitetin fəaliyyəti barədə ətraflı məlumat verib. O, universitetdə təhsil alan tələbələr, hazırlanan kadrlar və aparılan elmi araşdırmalar haqda səfirə bilgi verib.  BAAU-nun “Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri Ülviyyə Hüseynova tələbələrə ərəb dilinin öyrədilməsi istiqamətində Mərkəzin gördüyü işlərdən danışıb. O ərəb dilində təhsil alan tələbələrə Mərkəzin göstərdiyi diqqət və qayğı haqqında da səfirə informasiya verib. Səfir İssam bin Saleh əl-Cuteyl Səudiyyə Ərəbistanında fəaliyyət göstərən universitetlərlə Azərbaycandakı təhsil müəssisələri arasında təhsil və elm sahəsində əməkdaşlığın qurulmasının hər iki tərəfə faydalı olacağını vurğulayıb. Bu sahədə səfirliyin lazımı dəstəyi göstərəcəyini bildirib. Görüşdə, həmçinin elm və təhsil sahəsində əməkdaşlığın qurulması və inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Digər Xəbərlər