Xəbərlər

BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər

BAAU-nun təmsilçiləri Stokholmda keçirilən seminarda iştirak edirlər
  • 18 May 2022

Azərbaycanın bir sıra universitetlərinin rəhbərliyində təmsil olunan şəxslər İsveçdə təcrübə mübadiləsində iştirak edirlər. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin 15 universitetinin təmsilçisi iştirak edir. Bakı Avrasiya Universitetini qeyd edilən seminarda Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova və kafedra müdiri, dosent Sevda Rzayeva təmsil edirlər.

Mayın 16-dan 20-dək davam edəcək tədbirlərdə “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında seminarlar keçiriləcək. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu univeristetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub. Həmçinin seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı planlaşdırılıb.

Onu da qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir.

Digər Xəbərlər