- 02 May 2025
"SDG Həftəsi" çərçivəsində Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının təşkilatçılığı ilə "BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 5: Gender bərabərliyi (keçmişdən bugünümüzə) adlı tədbir keçirilib.
Görüşün açılışında BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru fil.ü.f.d., dos. Sevda Rzayeva Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətindən və onun təşviqindən danışıb.
Açılış nitqindən sonra söz dəvət edilmiş qonağa verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Xumar İlqarqızı mövzu ilə bağlı çıxış edib. O, çıxışında BAAU-nun "SDG Həftəsi" çərçivəsində fərqli mövzularda təşkil edilmiş dəyirmi masaların və elmi seminarların təşkilinin maarifləndirmə üçün çox önəmli olduğunu vurğulayıb və mövzu ilə əlaqədar təmsil etdiyi dövlət qurumun işlərindən, həmçinin icra etdikləri layihələrdən danışıb.
Daha sonra Tərcümə kafedrasının müəllimləri Ulcay Qiyasi, Yeganə İsmayılova, Esmira Səfərova və Günel Kazımova mövzu ilə bağlı çıxışlar ediblər.
Görüşün sonunda müzakirələr aparılıb, suallar cavablandırılıb və hər bir məruzəçiyə təşəkkürnamə təqdim edilib.