Xəbərlər

BAAU tələbələri arasında şahmat turniri keçirilib

BAAU tələbələri arasında şahmat turniri keçirilib
  • 18 Dec 2022

“ON1000” proqramı çərçivəsində Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkil etmək məqsədi ilə Universitetin tələbələri arasında şahmat üzrə turnir keçirilib.

Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Avrasiya Universitetinin Tədrisin təşkili departamentinin rəhbəri, fizika-riyaziyyat elmlər namizədi, professor Mənsim Məmmədov, Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova və universitetin tələbələri iştirak etmişlər.

Turnirlərin nəticələrinə əsasən I yeri Adəm Novruzov, II yeri Vahid Umudov və III yeri Eynar Abdullayev qazanmışlar. 

Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Digər Xəbərlər