Xəbərlər

BAAU tələbələri beynəlxalq konfransda çıxış ediblər

BAAU tələbələri beynəlxalq konfransda çıxış ediblər
  • 18 Oct 2024

Bakı Avrasiya Universiteti (BAAU) 17-18 oktyabr tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Beynəlxalq Elm və Texnologiya Konfransında (ISTEC 2024) təmsil olunub.  
Universitetin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin III kurs tələbələri Nərmin Məmmədova, Elcan Hüseynzadə, Riana Nəsibli və Əli Şıxəli “Süni intellektlə gücləndirilmiş adaptiv öyrənmə sistemlərinin təhsilə inteqrasiyası” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışlar zamanı süni intellektin dəstəyi ilə adaptiv öyrənmə sistemlərinin tədris prosesinə inteqrasiya üsulları, bu sistemlərin fərdi öyrənmə tərzlərinə uyğunlaşma qabiliyyəti, tələbələrin akademik nailiyyətlərinin yaxşılaşdırılmasına təsiri və gələcək perspektivləri barədə məlumat verilib.  
BAAU tələbələri konfrans çərçivəsində Cənubi Koreyanın tanınmış alimi, AzTU-nun qonaq professoru Woojik Chun ilə görüş keçirib, təqdimat mövzuları ilə bağlı müzakirələr aparıblar.  
Konfransın sonunda tələbələr beynəlxalq sertifikatlarla təltif olunublar. Məlumat üçün qeyd edək  konfransa hazırlıq prosesini BAAU-nun Riyaziyyat və İKT kafedrasının müəllimi Məcid Qurbanov idarə edib.

Digər Xəbərlər