Xəbərlər

BAAU tələbələri turizm üzrə seminar-treninqə qatılıblar

BAAU tələbələri turizm üzrə seminar-treninqə qatılıblar
  • 03 Feb 2023

Bakı Avrasiya Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrinə “Land Mark” hotelində turizmin inkişafında olan yeniliklərlə əlaqədar seminar-treninq keçirilib. Treninqdə BAAU-nun “Regionşunaslıq və İqtisadiyyat” fakultəsinin dekanı  f.e.f.d. Mütəllim Rəhimov, “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri İlhamə Aslanova, eyni zamanda ixtisas müəllimləri Nizami Hüseynov və Vüsal Heydərov da iştirak ediblər.

Görüş çərçivəsində “Land Mark” hotelinin İnsan Resursları departamentinin rəhbəri Azad Əsgərov və Qida şöbəsinin meneceri Din Miya tələbələrə hotellərdə göstərilən xidmət və personal haqqında geniş məlumat verərək, hotelin digər departamentləri və onlar arasında koordinasiyanın qurulması, hotel fəaliyyətinin marketinqi, həmçinin digər sahələr haqqında da fikir mübadiləsi aparıblar.

Tələbərin fəal iştirakı, çıxışlarla əlaqədar verilən sualların müxtəlifliyi hotel rəhbərliyinin gələcəkdə bu cür tədbirlərin davamlı keçirmək niyyətində olduqlarını bildirməsi ilə tədbir yekunlaşıb, eyni zamanda 4-cü kurs tələbələrinin istehsalat təcrübəsi ilə bağlı razılıq əldə olunub.

Digər Xəbərlər