Xəbərlər

BAAU tələbələri Türkiyə Respublikasının qurulmasının 100-cü il şərəfinə təşkil olunmuş tədbirlərə qatılıb

BAAU tələbələri Türkiyə Respublikasının qurulmasının 100-cü il şərəfinə təşkil olunmuş tədbirlərə qatılıb
  • 29 Oct 2023

Bakı Avrasiya Universitetinin Filologiya(Türk dili və ədəbiyyatı) ixtisasının bir qrup tələbəsi Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə qardaş Türkiyə Respublikasının qurulmasının 100-cü il şərəfinə təşkil olunmuş bayram şənliklərində, cümhuriyyət yürüşündə  iştirak etmək üçün 26 oktyabr tarixində Ankaraya yola düşüblər. Səfər çərçivəsində gənclərimiz Cümhuriyyətin qurucusu və öndəri Mustafa Kamal Atatürkün məzarını da ziyarət ediblər. Azərbaycanlı gənclərin  səfərini Türkiyənin müxtəlif televiziya kanalları da işıqlandırıb.

Digər Xəbərlər