- 01 Aug 2025
Türkiyənin Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Türkoloji Yay Məktəbi keçirilib. Proqrama dünyanın müxtəlif ölkələrindən tələbələr cəlb olunub, iştirakçılar türk dili, ədəbiyyatı, mədəniyyəti və tarixi üzrə geniş tədris və təcrübə proqramından faydalanıblar.
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Filologiya - türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələri: Canqarzadə Aysun, Ağayeva Seyidxanım (III kurs) və Babayeva Nuray (IV kurs) yay məktəbində universitetimizi təmsil edərək yüksək akademik göstəriciləri və fəallıqları ilə fərqləniblər.
Proqramı uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim edilib.




