Xəbərlər

BAAU tələbələrinin İçərişəhər ekskursiyası

BAAU tələbələrinin İçərişəhər ekskursiyası
  • 30 Mar 2022

Bakı Avrasiya Universitetində təhsil alan əcnəbi və yerli tələbələrin paytaxtımızın qədim tarixi-memarlıq kompleksi olan İçərişəhərə ekskursiyası təşkil olunub.

Gəzintinin təşkil olunmasında əsas məqsəd tələbələri Azərbaycanın mədəniyyəti və tarixi abidələri haqqında məlumatlandırmaq idi. Ekskursiya zamanı tələbələr Şirvanşahlar Saray Kompleksi və Qız Qalasını ziyarət ediblər,  onlara mədəniyyət abidələrimizin tarixi və memarlığı haqqında geniş məlumat verilib, Şirvanşahlar dövlətinin tarixinə aid maddi mədəniyyət nümunələri göstərilib.

Sonda xatirə şəkili çəkdirildi, əcnəbi tələbələrin təəssüratları dinlənildi.

Digər Xəbərlər