Xəbərlər

BAAU tələbələrinin qrant layihələri Gənclər Fondu tərəfindən dəstəklənib

BAAU tələbələrinin qrant layihələri Gənclər Fondu tərəfindən dəstəklənib
  • 29 Sep 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və İqtisadiyyat fakültəsinin iki tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib gəlib.

Fakültənin “Regionşünaslıq (ABŞ və Kanada üzrə)” ixtisasının IV kurs tələbəsi Yusif Məmmədəlinin “Milli Məclis Simulyasiyası: Qərbi Azərbaycana Qayıdış” adlı layihəsi gənclərin dövlətçilik prinsiplərini, parlament mədəniyyətini və qanunvericilik prosesini simulyasiya yolu ilə öyrənməsinə, həmçinin Qərbi Azərbaycana qayıdış mövzusunda müzakirələr aparmaqla siyasi savadlılığın artırılmasına həsr olunub.

“Beynəlxalq münasibətlər” ixtisasının IV kurs tələbəsi Şakir Qarayevin “Heydər Əliyevin irsinə həsr olunmuş simulyasiya konfransı” adlı layihəsi isə gənclərə konstitusiya quruculuğu, iqtisadi islahatlar və enerji siyasəti sahəsində biliklərini genişləndirmək, tarixi qərarların simulyasiyası vasitəsilə hüquqi və natiqlik bacarıqlarını inkişaf etdirməyə həsr olunub.

BAAU rəhbərliyi hər iki tələbəni qazandıqları uğur münasibətilə təbrik edir.

BAAU tələbələrinin qrant layihələri Gənclər Fondu tərəfindən dəstəklənib

Digər Xəbərlər