- 21 Jun 2024
Bakı Avrasiya Universiteti ilə “Azərbaycan Uşaqları” İctmai Birliyinin əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Cehiz sandığı” tamaşasının BAAU-da video nümayişi keçirilib. Tamaşa “Uşaq Forum Teatrı” incəsənət əsaslı öyrənmə” layihəsi əsasında BAAU-nun “Sosial iş” ixtisası üzrə təcrübə keçən tələbələrinin və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqlarının iştirakı ilə 30 may 2024-cü il tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.
Tədbirdə iştirak edən BAAU-nun Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri Aybəniz Rüstəmova, “Azərbaycan Uşaqları” İctmai Birliyinin sədri, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə, Karyera və Təcrübə Mərkəzinin müdiri Səbinə Cəlilova, fənn müəllimi Əfsanə Muradlı, sahə üzrə ekspertlər layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan forum teatrının tətbiqi ilə yeniyetmələrə erkən nihakın mənfi fəsadlarının nümayişidir. Görüşdə erkən nikahın fəsadları, təhsildən kənar qalma, məişət zorakılığının təqdim edildiyi səhnələrin birgə müzakirəsi tələbələrin xüsusi marağına səbəb olub.
Layihə çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi və musiqi qruplarının ifası da nümayiş olunub.
Qeyd edək ki, paytaxtda və respublikanın bölgələrində yeniyetmələr, gənclər və onların valideynləri üçün tamaşanın video formatda səyyar nümayişi keçirilir.