- 24 Dec 2022
Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI Hesabat-Seçki Konfransı keçirilib.
Konfransda İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini əks etdirən hesabat dinlənilib, ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açılıb, həyata keçirilən layihələr və qazanılan uğurlardan danışılıb.
Konfrans çərçivəsində İttifaqın İdarə Heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib.
Komissiyanın rəyinə əsasən, seçkilərin nəticələrinə uyğun olaraq Pərviz Mirələmlinin İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.
Həmçinin İttifaqın İdarə Heyəti seçkilərinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Əzizova 63,8% səslə ATGTİ-nin İdarə Heyətinə üzv seçilib.