Xəbərlər

BAAU Türkiyənin beş universiteti ilə də əməkdaşlığa başlayır

BAAU Türkiyənin beş universiteti ilə də əməkdaşlığa başlayır
  • 03 Jun 2022

Bakı Avrasiya Universiteti təhsil və elm sferasında dünyada əldə edilən və sınaqdan uğurla keçərək real şəkildə tətbiq edilən yeniliklərdən bəhrələnmək üçün beynəlxalq əlaqələrini genişləndirir. “Erasmus+”, “Mövlanə” və s. kimi beynəlxalq təcrübənin bölüşülməsi, peşəkarlığın artırılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması layihələri ilə yanaşı universitet ikili əlaqələrə də xüsusi diqqət yetirir.

BAAU bu istiqamətdə daha bir innovativ təşəbbüsü gerçəkləşdirib, Türkiyənin beş universiteti ilə əməkdaşlığa dair müqavilə imzalayıb. Əməkdaşlıq protokollarını BAAU-nun rektoru, professor Nazim Hüseynli, Türkiyənin Kayseri Üniversitetinin rektoru, prof.,dr Kurtuluş Karamustafa, Kastamonu Üniversitetinin rektoru, prof.,dr. Ahmet Hamdi Topal, Amasya Üniversitetinin rektoru, prof.,dr. Süleyman Elmacı, Bandırma Onyedi Eylül Üniversitetinin rektoru, prof.,dr. Süleyman Özdemir və Sakarya Uygulamalı Bilimler Üniversitetinin rektoru, prof.,dr. Mehmet Sarıbıyık imzalayıblar.

İmzalanan müqavilələrdə universitetlər arasında təhsil, elm sahəsində birgə çalışmalar, müəllim və tələbə mübadiləsi ilə bağlı müddəlar yer alır.

Əməkdaşlıqla bağlı açıqlama verən rektorlar imzalanan sənədlərin tezliklə praktiki olaraq həyata keçirilməsi istiqamətində işlərə başlayacaqlarını və onun kağız üzərində qalmayacağına ümid etdiklərini bildiriblər.

Digər Xəbərlər