Xəbərlər

BAAU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın gücləndirilməsinə dair görüş keçirilib

BAAU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın gücləndirilməsinə dair görüş keçirilib
  • 05 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Bakı Yunus Əmrə İnstitutu ilə elmi-mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə rəsmi görüş keçirilib. Görüşün əsas məqsədi tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsinin daha da inkişaf etdirilməsi, elmi, mədəni və tədris istiqamətlərində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunu təmsil edən sədr müavini Ömer Yıldız və Nisa Bilgili institutun fəaliyyət prioritetləri, Azərbaycanla elmi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində reallaşdırılan proqramlar və BAAU ilə əməkdaşlığın mümkün perspektivləri ətraflı müzakirə olunub.

BAAU tərəfindən görüşdə universitetin rektoru, dosent Səyavuş Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli iştirak ediblər. Universitet rəhbərliyi qonaqları salamlayaraq BAAU-nun elm, təhsil və mədəniyyət sahələrində beynəlxalq tərəfdaşlığa xüsusi önəm verdiyini, xüsusilə türk dünyası ilə əlaqələrin inkişafının universitetin strateji hədəflərindən biri olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər elmi və akademik fəaliyyətlərin birgə təşkili, mədəni tədbirlərin keçirilməsi, tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi, eləcə də türk dili, ədəbiyyatı və mədəniyyəti üzrə yeni təşəbbüslərin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda hər iki qurum əməkdaşlığın böyük inkişaf potensialına malik olduğunu qeyd edib və gələcəkdə daha sıx və davamlı iş birliyinin qurulması barədə razılığa gəliblər.

Digər Xəbərlər