- 27 May 2025
Türkiyənin Niğde Ömər Halisdemir Universitetində Bakı Avrasiya Universiteti (BAAU) və Moldovanın Komrat Dövlət Universiteti arasında akademik əməkdaşlığın qurulmasına dair görüş keçirilib. Tərəflər təhsil və elmi araşdırmalar sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edərək Əməkdaşlıq Memorandumu imzalayıblar.
Memorandum BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Komrat Dövlət Universitetinin rektoru Sergey Zaharia tərəfindən imzalanıb. Razılaşmaya əsasən, iki universitet arasında qısa və uzun müddətli tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin təşkili və qarşılıqlı razılaşdırılmış akademik proqramların həyata keçirilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq hər iki ali təhsil ocağı arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək, tələbələrə beynəlxalq akademik platformalarda iştirak imkanı yaradacaq.