Xəbərlər

BAAU-ya Avrasiya Universitetləri Birliyinin üzvlük sertifikatı təqdim edilib

BAAU-ya Avrasiya Universitetləri Birliyinin üzvlük sertifikatı təqdim edilib
  • 22 Apr 2025

Bakı Avrasiya Universiteti (BAAU) Avrasiya Universitetləri Birliyinə (EURAS) rəsmi üzv qəbul edilib. Bu münasibətlə BAAU-ya EURAS tərəfindən üzvlük sertifikatı təqdim edilib.
EURAS-a üzv olmaqla BAAU beynəlxalq əməkdaşlıq imkanları, akademik mübadilələr və müxtəlif təhsil təşəbbüslərində iştirak hüququ əldə edib. Bu üzvlük universitetin inkişafını və akademik mühitini zənginləşdirməkdə önəmli rol oynayacaq.
Beynəlxalq əlaqələri genişləndirməyə xüsusi önəm verən BAAU qlobal səviyyədə tanınması və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından EURAS-a üzvlüyə böyük əhəmiyyət verir.

Digər Xəbərlər