Xəbərlər

Bakı Avrasiya Universiteti 33 yaşını qeyd edir

Bakı Avrasiya Universiteti 33 yaşını qeyd edir
  • 01 May 2025

Bakı Avrasiya Universitetinin (BAAU) yaranmasının 33-cü ildönümü və bu ali təhsil müəssisəsinin qurucusu, Təsisçilər Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin doğum günüdür.
Bu münasibətlə universitetin rəhbər, akademik və inzibati heyət üzvləri prof. N.Hüseynlini ziyarət ediblər.
Görüş zamanı prof. N.Hüseynlini həm doğum günü, həm də BAAU-nun 33 illik fəaliyyətinin uğurla tamamlanması münasibətilə təbrik edilib. Onun təhsil sahəsindəki xidmətləri, universitetin inkişafında göstərdiyi əvəzsiz əməyi və ilhamverici liderliyi xüsusi vurğulanıb, ona yaradıcı və sağlam ömür yolu arzulanıb.
Səmimi formatda keçən görüşün sonunda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, BAAU 1992-ci il aprelin 30-da prof. N.Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci adı ilə təsis edilib. 2006-cı ildən etibarən Bakı Avrasiya Universiteti adını daşıyan ali təhsil müəssisəsi hazırda bakalavriat, magistratura və doktorantura səviyyələrində çoxsaylı ixtisaslar üzrə kadr hazırlığı aparır.

Digər Xəbərlər