- 31 Jul 2024
Bakı Avrasiya Universiteti Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi təhsil sərgisinin açılışında iştirak edib.
Ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələrinin təmsil olunduğu sərgidə BAAU stendinə abituriyentlər böyük maraq göstərib. Universitet nümayəndələri ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı ziyarətçiləri maraqlandıran sualları cavablandırıblar. Əvvəlcədən təyin olunmuş zalda isə BAAU haqqında geniş təqdimat keçirilib.
Qeyd edək ki, təhsil sərgisi avqustun 2-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda davam edəcək.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.