- 03 May 2024
Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əli və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakı Avrasiya Universitetində olublar.
Qonaqları salamlayan BAAU-nun rektoru prof. Nazim Hüseynli Bakı Avrasiya Universiteti haqqında ətraflı məlumat verib. Azərbaycan-Pakistan dostluq, qardaşlıq münasibətlərinin tarixindən, ortaq dəyərlərdən və universitet ilə MUSLİM İnstitutu arasında əməkdaşlığın perspektivlərindən danışıb. İkitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əli öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib. BAAU ilə MUSLİM İnstitutu arasında əməldaşlıqdan məmnunluğunu ifadə edib.
Daha sonra Bakı Avrasiya Universiteti ilə MUSLİM İnstitutu arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb.