Xəbərlər

Bakı Avrasiya Universiteti ilə Üsküdar Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Bakı Avrasiya Universiteti ilə Üsküdar Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb
  • 16 Apr 2025

2025-ci ilin 8–10 aprel tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində səfərdə olan Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dosent Səyavuş Qasımov və beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva Üsküdar Universitetinin rektoru professor Dr. Nazife Güngör ilə görüş keçiriblər. Səfər çərçivəsində iki universitet arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi Bakı Avrasiya Universiteti ilə Üsküdar Universiteti arasında akademik və elmi əlaqələrin inkişaf etdirilməsi, təhsil və tədqiqat sahələrində birgə fəaliyyətlərin təşviq olunmasıdır.
Görüş zamanı çıxış edən Üsküdar Universitetinin rektoru professor Dr. Nazife Güngör iki universitet arasında mümkün əməkdaşlıq imkanlarına toxunaraq qeyd edib ki,  tələbə mübadiləsi proqramları vasitəsilə ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələrində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirə və  əlaqələrimizi daha da möhkəmləndirə bilərik.
Bakı Avrasiya Universitetinin rektoru dosent  Səyavuş Qasımov isə görüşdən məmnunluğunu ifadə edərək bildirib: "Burada sizinlə olmaqdan böyük məmnunluq duyuram. İnanıram ki, universitetlərimiz arasında əməkdaşlıq çərçivəsində böyük layihələr həyata keçirə bilərik. Xüsusilə ikili diplom proqramlarının həyata keçirilməsi, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq  elmi konfransların təşkil kimi sahələrdə əməkdaşlıqda maraqlıyıq. Qarşılıqlı əlaqələrin inkişafına hər zaman dəstək verəcəyik."
İmzalanma mərasimindən sonra professor Dr. Nazife Güngör Universitetin rektoru dosent Səyavuş Qasımova xatirə plaketi təqdim edib. Görüş universitet rəhbərlərinin və nümayəndə heyətlərinin birgə xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.

Digər Xəbərlər