- 09 Nov 2023
Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının “Ekologiya” klubunun təşkilatçılığı ilə 5 noyabr 2023-cü il tarixində “100MİN” proqramı çərçivəsində “8 noyabr - Zəfər Günü” münasibəti ilə Fəxri Xiyabanlarda “təmizlik aksiyası” həyata keçirib.
Aksiya zamanı üzv tələbə gənclərlə birlikdə Fəxri Xiyabanlarda gigiyenik qaydalara uyğun olaraq təmizlik işləri görülüb.
Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı bu təşəbbüsü göstərməklə vətəndaşlar arasında fərqindəlik yaratmağı və ekoloji problemlərə diqqət çəkməyi əsas hədəf kimi qarşılarına qoyublar.