Xəbərlər

Bakı Avrasiya Universiteti Türkiyəyə yardım kampaniyasına qoşuldu

Bakı Avrasiya Universiteti Türkiyəyə yardım kampaniyasına qoşuldu
  • 07 Feb 2023

Bakı Avrasiya Universiteti Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başlatdığı Türkiyəyə maddi və mənəvi dəstək kampaniyasına qoşulub.

Bakı Avrasiya Universiteti millət vəkilinin çağırışına həmrəylik ifadə etməklə fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələnin aradan qaldırılması ilə bağlı “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına 10.000 AZN ianə edərək dəstəyini göstərib. 

Bakı Avrasiya Universitetinin kollektivi həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir!

Digər Xəbərlər