- 17 Mar 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.
Tədbirdə BAAU-nun və Bakı Avrasiya Kollecinin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.. İftar zamanı dualar oxunub, bayram arzuları dilənilib. Qeyd edilib ki, Ramazan ayı mərhəmət, xeyirxahlıq, saflıq və mənəvi yenilənmə ilə səciyyələnir və bu ayın əsas dəyərlərindən biri kimi iftar süfrələrinin təşkili insanlarda mənəvi birliyi və həmrəyliyi daha da möhkəmləndirir.