- 14 Nov 2025
Bakı Avrasiya Universiteti (BAAU) ilə Özbəkistanın Oriental Universiteti arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma memorandum imzalanıb.
Sənəd tərəflər arasında elmi, tədris və mədəni əlaqələrin genişləndirilməsini, qarşılıqlı təcrübə və bilik mübadiləsinin təşviqini nəzərdə tutur.
Memorandum BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Oriental Universitetinin rektoru, professor Nozim Mamatakhunov tərəfindən imzalanıb.
Sözügedən sənəd universitetlər arasında strateji tərəfdaşlığın qurulması və qarşılıqlı fəaliyyətlərin institusional əsasda davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tərəflər Memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə tədqiqat layihələrinin icrası, elmi-praktik konfransların təşkili və akademik resursların mübadiləsi kimi bir sıra istiqamətlərdə əməkdaşlıq etməyi planlaşdırırlar.
Bundan əlavə, Memorandum tərəflər arasında mədəniyyətlərarası dialoqun təşviqi, yeni dillərin öyrənilməsi və multikultural mühitdə təhsil imkanlarının genişləndirilməsinə dəstək verilməsini nəzərdə tutur.
BAAU və Oriental Universiteti imzalanmış sənəd strateji tərəfdaşlıq istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.




