- 03 Mar 2025
Bakı Avrasiya Universiteti (BAAU) beynəlxalq əməkdaşlıq istiqamətində daha bir mühüm addım atıb. Universitet ilə UNS Polşa Sosial Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimi "ZOOM" platforması üzərindən onlayn formatda baş tutub. Sənədi BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva və Akademiyanın Beynəlxalq əlaqələr üzrə koordinatoru Joanna Skiba imzalayıb.
BAAU ilə Akademiya arasında imzalanan memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, seminarlar və konfransların təşkili kimi fəaliyyətlər nəzərdə tutulur.
Qeyd edək ki, bu memorandum sənədi iki universitet arasında təhsil və tədqiqat sahələrində tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi daşıyır.