Xəbərlər

BAKI AVRASİYA UNİVERSİTETİNDƏ 20 YANVAR HADİSƏLƏRİ ANILDI

BAKI AVRASİYA UNİVERSİTETİNDƏ 20 YANVAR HADİSƏLƏRİ ANILDI
  • 20 Jan 2024

Bakı Avrasiya Universitetinin professor-müəllim heyəti və tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının-20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, məzarlarına tər güllər düzüblər.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymətin  verildiyi 20 Yanvar hadisələri Azərbaycan xalqının qan yaddaşıdır.

20 Yanvar faciəsinin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, günahkarların cəzalandırılması istiqamətində bugün də mühüm işlər görülür. Xalqımızın müstəqilliyinə və milli birliyinə mühüm təkan verən 20 Yanvar hadisələri  Şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq!

Digər Xəbərlər