Xəbərlər

Bakı Avrasiya Universitetində 21 fevral Beynəlxalq Ana dili günü qeyd edilib

Bakı Avrasiya Universitetində 21 fevral Beynəlxalq Ana dili günü qeyd edilib
  • 22 Feb 2024

Bakı Avrasiya Universitetində 21 fevral Beynəlxalq Ana dili günü qeyd edilib

21 fevral 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana dili Günü münasibətilə “Dilimiz və ədəbiyyatımız mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirdə Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri fil.ü.f.d., dos. Zəminə Rüstəmbəyli, f.ü.f.d., prof. Ədalət Tahirzadə, f.ü.f.d., b/m İlhamə Şıxıyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri fil.e.d., prof. Elmira Məmmədova-Kekeç, hər iki kafedrasının professor-müəllim heyəti və universitet tələbələri iştirak ediblər.  

Azərbaycan Respublikasının dövlət himninin oxunması və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla anılması ilə başlanan tədbirdə f.ü.f.d., b/m İlhamə Şıxıyeva çıxış edərək Ana dilimizin zənginliyindən, qədim köklərə söykənməsindən, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyərdən və dilimizin qorunması yolunda göstərdiyi misilsiz xidmətlərdən danışıb. Daha sonra universitetin professoru Ədalət Tahirzadə dilimiz haqqında geniş məruzə edib, 1920-40-cı illərdə ərsəyə gətirilmiş ilk Ana dili dərsliklərimizin önəmindən bəhs edərək, öz kitabxanasında saxladığı o dövr dərsliklərinin orijinal nüsxələrini nümayiş etdirib. Tədbirin gedişində Ana dilimiz haqqında videoçarx nümayiş etdirilib, tələbələr Azərbaycan dilinə həsr olunmuş bir-birindən maraqlı şeirlər söyləyiblər. Tədbirinin sonunda universitet tələbələri Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən bir hissəni səhnədə canlandırıblar. Tədbir gözəl təəssüratlarla yekunlaşıb.

Digər Xəbərlər