Xəbərlər

Bakı Avrasiya Universitetində “Beynəlxalq ərəb dili həftəsi” çərçivəsində tədbir keçirilib

Bakı Avrasiya Universitetində “Beynəlxalq ərəb dili həftəsi” çərçivəsində tədbir keçirilib
  • 13 Dec 2023

13 dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetində Tərcümə kafedrasının qonağı Azərtacın ərəb dilində informasiya buraxılışının redaktoru, peşəkar tərcüməçi Şıxəli Əliyev olub. “Beynəlxalq ərəb dili həftəsi” çərçivəsində keçirilən tədbirdə Ş.Əliyev tərcüməçilik təcrübəsini Filologiya fakültəsinin Tərcümə ixtisasının tələbələri ilə bölüşüb. Tədbirin qonağı “XXI əsr və tərcümə” mövzusunda məruzə edib. Burada qonaq tərcüməçilərin sərt bacarıqları (hard skills) haqqında geniş məlumat verib. Daha sonra şifahi tərcümə zamanı yaşanan problemlər, onların həlli yolları və gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərcümə prosesində uğurlu nəticələrin əldə olunması üçün sərt bacarıqların əhəmiyyəti vurğulanıb.

Bakı Avrasiya Universitetində “Beynəlxalq ərəb dili həftəsi” çərçivəsində tədbir keçirilib

Digər Xəbərlər