Xəbərlər

Bakı Avrasiya Universitetində COP 29: “Yaşıl enerji sektorunda yeni prioritetlər” adlı elmi seminar keçirilib

Bakı Avrasiya Universitetində COP 29: “Yaşıl enerji sektorunda yeni prioritetlər” adlı elmi seminar keçirilib
  • 27 May 2024

BAAU-nun İqtisadiyyat, Humanitar fənnlər və regionşünaslıq, Tərcümə kafedralarının birgə təşkilatçılığı ilə  “COP 29: “Yaşıl enerji sektorunda yeni prioritetlər” adlı elmi seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov COP 29 kimi önəmli tədbirin Azərbaycanda keçirilməsinin sosial və iqtisadi əhəmiyyətini qeyd edib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini xatırladan dekan qəbul olunmuş iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımları vurğulayıb. COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib.

Tədbirdə “Azərenerji” ASC-nin,  “Azərbaycan Elmi - Tədqiqat və Lahiyə Axtarış Energetika İnistutu” MMC-nin baş mütəxəsisi Səxavət Mirzəyevin məruzəsi dinlənilib. Gənclər arasında ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətinə diqqət çəkən məruzəci yaşıl enerji məsələləri ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki,  Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerjinin effektivliyinə nail olunması, atmosferə atılan karbon qazının miqdarının azaldılması,  təbii qaza qənatə edilməsi, ekoloji cəhətdən təmiz, yaşıl enerji istehsal edilməsi üçün kompleks işlər həyata keçirilib. Yaşıl energetika sahəsində icra edilən layihələr sayəsində ölkə energetikası tarixində ilklər yaşanıb.

Digər Xəbərlər