- 18 Nov 2024
2024-cü il avqustun 1-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və digər beynəlxalq tədbirlərlə əlaqədar 2024-cü il noyabrın 12-dən 22-dək Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədrisin distant (məsafədən) formada həyata keçirilməsi qərara alınıb. Bakı Avrasiya Universiteti (BAAU) də bu qərara uyğun olaraq tədris prosesi “Microsoft Teams” platforması üzərindən online formada uğurla keçirilir. Bu yanaşma tələbələrə tədris proqramını kəsintisiz davam etdirmək imkanı yaradır və təhsilin keyfiyyətinin qorunmasını təmin edir.
Müvəqqəti distant təhsil formatına keçid BAAU-da təlimatlandırma edilərək tələbə və müəllimlər üçün müvafiq dəstək verilmişdir.
Bundan əlavə, BAAU-nun müəllim və tələbələri COP29 tədbirinin keçirildiyi ərazidə yaradılan “Yaşıl Zona”nı ziyarət edərək orada olan müxtəlif ölkələrin, həmçinin yerli və xarici şirkətlərin guşələri ilə tanış olurlar.