Xəbərlər

Bakı Avrasiya Universitetində əcnəbi tələbələr üçün tanıtım tədbiri keçirilib

Bakı Avrasiya Universitetində əcnəbi tələbələr üçün tanıtım tədbiri keçirilib
  • 13 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) əcnəbi tələbələrə universitetin tədris imkanlarını və beynəlxalq əməkdaşlıq istiqamətlərini tanıtmaq məqsədilə məlumatlandırıcı tədbir təşkil olunub.

Tədbiri universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva açaraq BAAU-nun beynəlxalq tərəfdaşlıqları, əcnəbi tələbələr üçün yaradılan imkanlar və qlobal təhsil mühitinə inteqrasiya strategiyası barədə geniş məlumat verib.

Ardınca Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova çıxış edərək tələbə mobilliyi proqramlarının əhəmiyyətini vurğulayıb, universitetin beynəlxalq təhsil mübadiləsi sahəsində həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.

Tədbirdə universitetin əməkdaşları: Əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi Rahilə Xəlilova və Beynəlxalq əməkdaşlıq üzrə mütəxəssis İradə Zülfüqarova BAAU-nun fakültələri, tədris proqramları və akademik mühitini əhatə edən təqdimatla çıxış ediblər.

Əcnəbi tələbələr üçün universitetin tələbəsi Ahmed Sohail tərəfindən hazırlanmış tanıtım videosu nümayiş etdirilib. Video BAAU-nun təhsil mühitini, infrastrukturu və tələbə həyatı ilə bağlı əsas məqamları vizual şəkildə təqdim edib.

Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirərək xoş təəssüratlarla tədbiri yekunlaşdırıblar.

Digər Xəbərlər