Xəbərlər

Bakı Avrasiya Universitetində Elçin Hüseynbəyli ilə görüş keçirilib

Bakı Avrasiya Universitetində Elçin Hüseynbəyli ilə görüş keçirilib
  • 30 Nov 2022

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli və şairə Gülnar Ümidlə tələbə və müəllimlərin görüşü olub.

Universitetin akt zalında baş tutan görüşdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik süküutla yad edlib.

 Tədbirin açıq elan edən  Ümumi filologiya kafedrasının müəllimi Çiçək Hüseynova   Elçin Hüseynbəylinin və şair Gülnar Ümidin  Filologiya fakültəsinin tələbələri ilə görüşünün əhəmiyyətindən danışıb və  ədəbiyyat sahəsində  yaradıcılıq imkanları olan tələbələr üçün böyük motivasiya olacağına ümid etdiyini bildirib.Həmçinin Ümumi filologiya kafedrasının müdiri,fil.ü.f.d,dosent Elmira Məmmədova-Kekeç ədəbiyyat adamları ilə belə görüşlərin mütamadi xarakter daşımasını  tədrisin keyfiyyətinə böyük stimul verdiyini qeyd edib,tələbələrə belə görüşlərdə aktiv iştirak etmələrini tövsiyyə edib.Kafedra müdiri ədəbiyyat və yazılmış böyük əsərlərin insan həyatındakı rolundan da danışıb.

Daha sonra görüş tələbələrlə yazıçının qarşılıqlı dialoqu əsasında davam etdirilib. Müasir ədəbiyyatımızım bir çox problemləri və yaradıcılıq imkanlarının yolları barədə çoxsaylı suallara cavab verən Elçin Hüseynbəyli  tələbələrə ədəbiyyata ciddi maraq göstərmələrinə görə təşəkkür edib və tövsiyyələrini verib. 

Qarşılıqlı sual-cavabla müşayiət olunan görüşdə şair Gulnar Ümid də universitet tələbələrinə uğurlar diləyib.

Sonda yazıçı tələbələr üçün avroqraf verib və xatirə şəkilləri çəkdirib.

Digər Xəbərlər