Xəbərlər

Bakı Avrasiya Universitetində ərəb dili mütəxəssisləri üçün beynəlxalq təlim keçirilib

Bakı Avrasiya Universitetində  ərəb dili mütəxəssisləri üçün beynəlxalq təlim keçirilib
  • 13 Feb 2024

 

Bakı Avrasiya Universitetində  ərəb dili mütəxəssisləri üçün beynəlxalq təlim keçirilib 

Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının  dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən ərəb dili mütəxəssisləri üçün dörd günlük təlim keçirib. Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə fevral ayının 5-dən 8-dək baş  tutan tədbirdə ölkəmizin ali təhsil müəssisələrinin müəllimləri və elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət 35 nəfər iştirak edib.

Təlimləri Səudiyyə Ərəbistanının ərəb dili üzrə tanınmış mütəxəssisləri keçib. Səudiyyə Ərəbistanının Təhsil Nazirliyində təlim rəhbəri dr.Sultan bin Suqyan və bu ölkənin İslam Universitetinin tədris heyətinin üzvü prof., dr.Əhməd əl-Subaihi dörd gün boyunca Azərbaycanlı mütəxəssislərə ərəb dilinin incəlikləri və ərəb dilinin öyrənilməsində yeni təlim üsulları barədə mühazirələr oxuyub, seminarlar keçiblər.

Təlimin ilk günü audio dərslərin tədrisi formalarına, ikinci günü tədris kompozisiyasında tətbiqlərə, üçüncü günü dinləmə bacarıqlarına, sonuncu günü isə dilçilik məsələlərinə həsr olunub. Hər iki təlimçi ərəb dilinin mənimsənilməsində əsas anlayışları və dilin tədrisində metodik prinsipləri ətraflı şəkildə izah edərək, iştirakçılarla müzakirə və fikir mübadiləsi aparıblar.

Onu da qeyd edək ki, Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının rəsmi nümayəndəsi və nümayəndə heyətinin rəhbəri Nada Əl-Mutairi də təlimin açılışında iştirak edib və fikirlərini bölüşüb.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilib.

Digər Xəbərlər