Xəbərlər

Bakı Avrasiya Universitetində Ərəb dili üzrə şeir müsabiqəsi keçirilib

Bakı Avrasiya Universitetində Ərəb dili üzrə şeir müsabiqəsi keçirilib
  • 06 Feb 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı ilə məktəbli və tələbələrin iştirakı ilə ərəb dilində şeir müsabiqəsi keçirilib. BAAU-nun tələbə və magistrantları, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin iştirak etdiyi müsabiqənin keçirilməsində məqsəd ərəb dilinin təbliği və öyrənilməsinə marağın artırılması, gənclər arasında dil biliklərinin inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan ilə ərəb ölkələri arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsi olub.
Maraqla keçən müsabiqənin nəticələrinə əsasən Davud Qəniyev və Sadiq Xəlilli III yerə, Mohammədəli Axundov və Saleh Abdullazadə II yerə, Əbdülbasid Sabirov isə I yerə layiq görülüb. Qaliblər BAAU-nun rektoru dosent Səyavuş Qasımov və Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Al Vaşmi tərəfindən təltif ediliblər.
Qeyd edək ki, müsabiqə Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Al Vaşminin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Avrasiya Universitetində qonaq olduğu zaman təşkil olunub.

Digər Xəbərlər