Xəbərlər

Bakı Avrasiya Universitetində ilk dəfə səs verəcək gənclər üçün seminarlar təşkil olunub

Bakı Avrasiya Universitetində ilk dəfə səs verəcək gənclər üçün seminarlar təşkil olunub
  • 06 Feb 2024

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar keçirilib.

Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər