Xəbərlər

Bakı Avrasiya Universitetində kiber təhdidlər və mübarizə metodları adlı seminar keçirilib

Bakı Avrasiya Universitetində kiber təhdidlər və mübarizə metodları adlı seminar keçirilib
  • 13 Nov 2022

Bakı Avrasiya Universitetinin İqtisadiyyat və riyaziyyat kafedrasının təşkilatçılığı ilə kiber təhdidlər və mübarizə metodları adlı seminar keçirilib. Seminara Gazi Universitetinin texnologiya və kompyuter mühəndisliyi fakültəsinin professoru Yusif Sönməz də qatılıb.

Seminarda əsasən qlobal və dəyişən dünyamızda kibertəhlükəsizliklə mübarizə metodları, kompüterlərin, serverlərin, mobil qurğuların, elektron sistemlərin, şəbəkələrin və məlumatların təhlükəli hücumlardan qorunması təcrübələri dinlənilib.

Qeyd edilib ki, İnformasiya texnologiyalarının təhlükəsizliyi, şəbəkə və proqram təhlükəsizliyi, proqram təminatı, eyni zamanda qurğuların təhlükələrdən qorunması informasiyaların qorunmasında əsas vasitələrdir.

Daha sonra Qazi universitetinin professoru Yusif Sönməz informasiya təhlükəsizliyi və etibarlılığı, kompüterin öyrənməsi və təsvirin tanınması, təkamül hesablamaları və enerji sistemlərinin təhlili məsələləri ilə bağlı mühazirə ilə çıxış edib.

Digər Xəbərlər