Xəbərlər

Bakı Avrasiya Universitetində məlumatlandırma günü keçirilib

Bakı Avrasiya Universitetində məlumatlandırma günü keçirilib
  • 02 Oct 2023

Bakı Avrasiya Universitetində “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti məlumatlandırma sessiyası keçirilib. Görüşdə universitetin struktur bölmələrinin rəhbərləri və nümayəndələri iştirak edib.

BAAU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Hüseynova və Tərcümə kafedrasının müdiri dosent Sevda Rzayeva İspaniya, Fransa, Polşa və Litva ali təhsil müəssisələrinin tələbə və məzun işləri üzrə təcrübəsi ilə bağlı məruzə ediblər. Həmçinin, İspaniya Ali təhsil sistemində İspaniya Rektorlar Konfransının (CRUE) yeri və rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimat nümayiş etdirib və sualları cavablandırıblar.

Digər Xəbərlər