Xəbərlər

Bakı Avrasiya Universitetində “Öz biznesinə başla” adlı seminar keçirilib

Bakı Avrasiya Universitetində “Öz biznesinə başla” adlı seminar keçirilib
  • 20 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim Mərkəzi ilə Biznes və Menecment kafedrasının birgə təşkilatçılığı ilə “Öz biznesinə başla” mövzusunda seminar keçirilib.

Seminarın qonağı uğurlu sahibkar, təlimçi, “Panda School” və “Elvin” MMC-nin direktoru Elvin Dadaşsoy olub. Tədbirin əsas məqsədi tələbələrə sahibkarlıq fəaliyyəti barədə praktiki biliklər qazandırmaq, onların şəxsi inkişaf və biznes quruculuğu ilə bağlı bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

Çıxışı zamanı Elvin Dadaşsoy öz şəxsi təcrübəsini bölüşərək biznesin qurulması mərhələləri, sahibkarlıq düşüncə tərzinin formalaşması və şəxsi inkişafın əsas komponentləri barədə ətraflı məlumat verib. O, real nümunələr əsasında təqdimat apararaq gənclərin gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə kömək edəcək praktik tövsiyələr səsləndirib.

Təlimçi həmçinin liderlik, risklərin idarə olunması və düşüncə gücünün inkişafı kimi mövzulardan bəhs edərək tələbələrlə interaktiv müzakirə aparıb.

Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə davam edib.

Sonda xatirə şəkilləri çəkilib.

Digər Xəbərlər