Xəbərlər

Bakı Avrasiya Universitetində "VeloLife" klubunun təqdimatı keçirilib

Bakı Avrasiya Universitetində "VeloLife" klubunun təqdimatı keçirilib
  • 03 Dec 2024

Noyabrın 28-də Bakı Avrasiya Universitetinin (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən "VeloLife" klubunun təqdimatı keçirilib. Təqdimatda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Üzvlərlə iş üzrə meneceri Aqil Quliyev, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva və universitetin tələbələri iştirak edib. Universitetin konfrans zalında keçirilən təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən S.Rzayeva "VeloLife" klubunun məqsədi tələbələr arasında sağlam həyat tərzini təşviq etmək və ekoloji şüurun artırılması olduğunu vurğulayıb. O, qeyd edib ki, velosiped istifadəsi həm insanların fiziki sağlamlığına, həm də ətraf mühitin qorunmasına töhfə verir. Bu gün BAAU-da sağlam gəncliyin formalaşması istiqamətində addımların atıldığını diqqətə çatdıran prorektor bu təşəbbüsün ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin əsas məqslədlərinə uyğunluğunu qeyd edib.
A.Quliyev çıxışında ATGTİ-nin bu istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat verib. O, bildirdi ki, "VeloLife" klubu ölkə miqyasında yaradılmış 10 belə klubdan biridir və əsas məqsədi gəncləri idmana və sağlam həyat tərzinə yönləndirməkdir. Bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyin vacibliyindən danışan ATGTİ nümayəndəsi Azərbaycan Velosiped Federasiyası ilə də birgə fəaliyyətlərin həyata keçirildiyini bildirib.
Tədbirin sonunda universitetin "VeloLife" klubunun sədri Şerif Xəlilov tələbələri kluba qoşulmağa və yaradılan imkanlardan faydalanmağa dəvət edib.
Qeyd edək ki, "VeloLife" klubunun fəaliyyəti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan "Yaxşı səhiyyə və rifah" (SDG 3) ilə birbaşa əlaqəlidir. Bu klub sağlam həyat tərzini dəstəkləmək, tələbələrin fiziki və ekoloji məsuliyyətlərini artırmaq üçün nəzərdə tutulmuşdur. Klubun fəaliyyətləri çərçivəsində tələbələr velosiped istifadəsinin həm sağlamlığa, həm də ekoloji mühitə müsbət təsirini daha yaxından öyrənəcəklər.

Digər Xəbərlər