Xəbərlər

Bakı Avrasiya Universitetində "Yüksəliş" Müsabiqəsi ilə bağlı infosessiya keçirilib

Bakı Avrasiya Universitetində "Yüksəliş" Müsabiqəsi ilə bağlı infosessiya keçirilib
  • 11 Apr 2025

Bakı Avrasiya Universitetində Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə "Yüksəliş" Müsabiqəsi ilə bağlı infosessiya keçirilib. İnfosessiyada BAAU-nun akademik-inzibati heyət üzvləri iştirak edib.
İnfosessiyada çıxış edən universitetin rəhbər nümayəndələri “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti, karyera yüksəlişindəki önəmi barədə məlumat verərək gənc kadrların layihədə fəal iştiraka dəvət ediblər.
Sonra, üçüncü "Yüksəliş" Müsabiqəsinin qalibi, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri və BAAU-nun məzunu Rəsul Həşimov təqdimatla çıxış edib.
R.Həşimov iştirakçılara "Yüksəliş" Müsabiqəsinin mərhələləri, qeydiyyat prosesi, seçim tələbləri və bu müsabiqəyə qatılmaq üçün lazım olan əsas bacarıqlar barədə ətraflı məlumat verib. O, həmçinin şəxsi təcrübələrini bölüşərək, bu uğurların arxasında duran əsas səbəbləri izah edib.
Məlumat üçün bildirək ki, "Yüksəliş" Müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri, mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı ilə mükafatlandırılırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində beşinci "Yüksəliş" Müsabiqəsinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb.

Digər Xəbərlər