Xəbərlər

Bakı Avrasiya Universitetində “Şuşa ili” ilə bağlı növbəti təqdimat keçirilib

Bakı Avrasiya Universitetində “Şuşa ili” ilə bağlı növbəti təqdimat keçirilib
  • 22 May 2022

“Şuşa ili” çərçivəsində keçirilən tədbirlər davam edir. BAAU-nın “Humanitar fənlər və regionşünaslıq” kafedrasının təşkilatçılığı ilə kafedranın gənc müəllimi Hüseyn Əliyev tərəfindən əcnəbi tələbələr üçün “Şuşa həqiqətləri” adlı təqdimat təşkil edilib.

Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, beynəlxalq əlaqələr üzrə əməkdaşları və əcnəbi tələbələr iştirak ediblər. Təqdimat ilk olaraq videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda Şuşanın tarixi, onun Azərbaycan xalqı üçün önəmi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi haqqında iştirakçılara süjetlər təqdim edilib. Daha sonra Şuşanın coğrafi mövqeyi, görkəmli şəxsiyyətləri haqqında da məlumatlar çatdırılıb.

“Şuşa” adının etnik mənşəyi, Qarabağ xanı Pənahəli xan tərəfindən Qafqaz dağlarının qərbində, şiş qayalıqların üzərində Şuşa şəhərinin tikilməsinə dair geniş məlumatlar, eyni zamanda Şuşaya gələn tacir və qonaqların bu şəhərə heyran qalması auditoriyanın diqqətinə çatdırılıb.

Müəllif daha sonra Şuşada doğulmuş görkəmli şəxsiyyətlər, alimlər, musiqi xadimləri barədə danışıb, Şuşanın işğalı dövründə çəkilmiş və erməni vandalizminin əyani sübutu olan şəkilləri iştirakçılara nümayiş etdirib və işğaldan sonrakı dövrdə Şuşanın bərpası işləri haqqında məlumatlar verib.

Təqdimatda Şuşanın mədəniyyət və tolerantlıq mərkəzi olduğu diqqətə çatdırılıb, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin şəkilləri, tikilmə tarixləri haqqında məlumatlar öz əksini tapıb.

Digər Xəbərlər