Xəbərlər

Bakı Avrasiya Universitetində Ümummilli liderin anım günü ilə bağlı tədbir keçirilib

Bakı Avrasiya Universitetində Ümummilli liderin anım günü ilə bağlı tədbir keçirilib
  • 12 Dec 2022

Bakı Avrasiya Universitetində Ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə dövlət himni səsləndirilib, daha sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov, Ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrləri quruculuq və tərəqqi, davamlı sülh və dinamik inkişaf mərhələləri kimi qeyd edib və tələbələrə bu şanlı tariximizin səhifələrini bir daha izləməyi tövsiyə edib.

Tədbirdə natiqlər dahi şəxsiyyət və görkəmli dövlət xadiminin Azərbaycana həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin bərpa olduğu dövrdə rəhbərliyi ilə bağlı məqamlara toxunub və Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişini Azərbaycanın müasir tarixinin şərəfli səhifələri kimi qeyd ediblər.

Anım tədbirində Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü fəaliyyətinə də işıq salınıb və Heydər Əliyevin siyasi ideologiyasının davamçısı, Müzəffər Ali Baş Komandanın 30 illik işğala son qoymasından bəhs edilib. 

Digər Xəbərlər