Xəbərlər

Bakı Avrasiya Universitetində “VeloLife” klubu fəaliyyətə başlayıb

Bakı Avrasiya Universitetində “VeloLife” klubu fəaliyyətə başlayıb
  • 02 Nov 2024

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə yaradılmış “VeloLife” klubu artıq Bakı Avrasiya Universiteti (BAAU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərməyə başlayıb.
Layihə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Sağlam tələbə, sağlam gənclik” devizi altında tələbə-gənclər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasını, velosiped nəqliyyatının gündəlik həyatda istifadəsini təbliğ etməyi və təşviq etməyi hədəfləyir. Bu təşəbbüs tələbələrin fiziki sağlamlığını qorumaqla yanaşı, ətraf mühitə minimal karbon izi buraxaraq, davamlı nəqliyyat vasitəsi olaraq velosipedin rolunu artırmağa yönəlmişdir.
BAAU TGT olaraq bu məqsədə nail olmaq üçün “EcoPedal” adlı yeni layihəmizə start verilib. Bu layihə çərçivəsində tələbələr arasında velosipeddən istifadənin üstünlükləri haqqında maarifləndirici tədbirlər keçirilməsi, sağlam həyat tərzinin və ekoloji şüurlu davranışların təşviqi planlaşdırılır.
VeloLife klubunun Bakı Avrasiya Universitetində fəaliyyətə başlaması tələbələr üçün həm fiziki aktivliyi artırmaq, həm də dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək baxımından önəmli bir addımdır. Bu təşəbbüs vasitəsilə tələbələr arasında sağlam və ekoloji məsuliyyətli həyat tərzi təşviq ediləcəkdir.

Digər Xəbərlər