Xəbərlər

Bakı Avrasiya Universitetində Xocalı Soyqırımının 32-ci ildönümü silsilə tədbirlərlə yad edildi

Bakı Avrasiya Universitetində Xocalı Soyqırımının 32-ci ildönümü silsilə tədbirlərlə yad edildi
  • 26 Feb 2024

Bakı Avrasiya Universitetində Xocalı Soyqırımının 32-ci ildönümü silsilə tədbirlərlə yad edildi.
26 fevral 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Filologiya və Regionşünaslıq və iqtisadiyyat fakültələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dərslər təşkil olunub. Dərslərdə müəllimlər tələbələrlə Xocalı soyqırımı haqqında tarixi faktlara söykənən hadisələrin gedişi ilə bağlı fikir mübadiləsi aparıb, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildiriblər və soyqırımın qiymətləndirilməsi prosesindəki tarixi ədalətsizlikdən söz açıblar. 
Dərslərdə xalqımızın 32 il qəlbində daşıdığı bu qanlı cinayətin qurbanlarının ruhlarının bu gün şad olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizləndiyi, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qürurla ucaltdığı vurğulanıb.

Digər Xəbərlər