Xəbərlər

Bakı Avrasiya Universitetində “Zəfər günü – milli qürur günüdür” adlı tədbir keçirilib

Bakı Avrasiya Universitetində “Zəfər günü – milli qürur günüdür” adlı tədbir keçirilib
  • 06 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Xarici dil və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Zəfər günü – milli qürur günüdür” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xarici dil və ədəbiyyat kafedrasının müdiri, dosent Fatma Məcidova çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq ənənələrindən və bu Zəfərin Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində oynadığı mühüm roldan bəhs edib.

Ardınca “Müharibədən Sülhə” adlı video təqdimat nümayiş etdirilib. Tədbirin bədii hissəsində universitetin tələbələri tərəfindən müxtəlif səhnəciklər və musiqi kompozisiyaları təqdim olunub. “Ana və Oğul – And” səhnə kompozisiyası, “Komandir və əsgər” səhnəsi, “Vətən yaxşıdır” təsnifi, “Əsgər” rəqsi, “Azad Şəhərlərin səsləri” səhnəsi, “Xarıbülbül” və “Zəfər” rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir Azərbaycan xalqının qəhrəmanlığına, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizəyə, həmçinin şəhidlərin müqəddəs xatirəsinə dərin ehtiram və minnətdarlıq ruhunda keçirilib.

Digər Xəbərlər