Xəbərlər

Bakı Avrasiya Universitetinin alimləri Erasmus+Mobillik mübadilə proqramı çərçivəsində akademik səfərdə olublar

Bakı Avrasiya Universitetinin alimləri Erasmus+Mobillik mübadilə proqramı çərçivəsində akademik səfərdə olublar
  • 22 May 2024

      Bakı Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli Türkiyə Respublikasının Niğdə Ömər Halisdəmir Universitetində Erasmus+Mobillik mübadilə proqramı (Erasmus+ Staff mobility for teaching) çərçivəsində rəsmi-işgüzar və akademik səfərdə olublar. Universitet rəhbərliyi ilə keçirilən rəsmi görüşdə Bakı Avrasiya Universiteti ilə Niğdə Ömər Halisdəmir Universiteti arasında illərə söykənən dostluq, əməkdaşlıq məsələlərinə toxunulub.

        Dos. Zəminə Rüstəmbəyli universitetin Fənn və ədəbiyyat fakültəsinin 1-ci kurs tələbələrinə “Türkiyə türkçəsi ilə Azərbaycan türkçəsində müqayisəli mətn çalışmaları” , 3-cü kurs tələbələrinə “Müasir türk ləhçələri” , 4-cü kurs tələbələrinə “Qədim dil” fənləri mövzularında mühazirə deyib. Dərslər qarşılıqlı fikir mübadiləsi və interaktiv şəkildə keçib.

       Səfər çərçivəsində prof. Gülzar İbrahimova, dos. Zəminə Rüstəmbəyli universitetin təşkil etdiyi müxtəlif tədbirlərdə də iştirak ediblər. Azərbaycanın da üzv dövlət olduğu TÜRKSOY-un təmsilçisi Şahnaz Bürhanəddin ilə də çox faydalı və səmərəli görüş keçirilib. Dos. Z. Rüstəmbəyli çağdaş Türkiyə ədəbiyyatının seçilən yazıçılarından Ülkü Demirayın şəxsi dəvəti və Niğdə Süleyman Fəthi orta məktəbinin rəhbərliyinin dəvəti ilə məktəbin ibtidai sinif şagirdləri ilə görüşdə də iştirak edib. Xoş təəssüratlarla yadda qalan akademik-işgüzar mübadilə proqramı səmərəli olunb.

        Qeyd edək ki, Avropa İttifaqının Erasmus+ Mobillik Proqramı çərçivəsində Bakı Avrasiya Universiteti Türkiyə Respublikasının, Avropa dövlətlərinin reytinqli universitetləri ilə professor-müəllim və tələbə mübadiləsi həyata keçirir.

Digər Xəbərlər