- 20 Apr 2024
Bakı Avrasiya Universitetinin dosentləri Aynurə Hümbətova və Jalə İsmayılova Erasmus + çərçivəsində Juria Stroosmayera Universitetinin (Pozega filialı) "Staff Visiting Project" layihəsində tədris proqramının aparılmasında iştirak ediblər. Əməkdaşlarımız ilk olaraq beynəlxalq konfransda Azərbaycan Respublikası və Bakı Avrasiya Universiteti haqqında təqdimatla çıxış ediblər. Dosent Jalə İsmayılovaya universitetin “Tourism and Rural development” fakültəsində "Turizmdə istehsalçı davranışı" dərsində interaktiv və müqyisə medodlardan istifadə edərək Azərbaycan və Xorvatiyanın turizm sektorunun müasir inkişafının oxşar və fərqli tərəflərini təqdim edib. Dosent Aynurə Hümbətova isə iştirak etdiyi dərsdə əcnəbi tələbələrə ingilis dilinin əsas qrammatik inkişaf qanunauyğunluqlarının müasir nəticələrini izah edib. Eyni zamanda o, Azərbaycan barədə nümayiş etdirdiyi video və təqdimatla tələbələrə ölkəmizlə bağlı maraqlı faktlar çatdırib. Dərs interaktiv şəkildə keçirilib. Layihə üzrə təyin edilmiş İnternational Staff Week zaman qrafiki əsasında akademik heyət fəaliyyət göstərib. Mübadilə kontekstində innovativ kurikulumlar inkişaf etdirilib, təhsil və onun qlobal əhəmiyyəti beynəlxalq əməkdaşlıq fonunda təcrübədən keçirilib. BAAU-nun müəlimləri proqram çərçivəsində xorvat dilinin tədrisi dərsində, turizmdə süni intellekt seminarında iştirak ediblər. Universitetin yerləşdiyi Pozega şəhər turu, şərabçılıq turu və şərab dequstasiyasına səfər təşkil olunub. Universitetin təşkil etdiyi nahar zamanı proqramda fərqli ölkələri təmsil edən müəllimlər milli mətbəx nümunələrini nümayiş etdiriblər. BAAU-nun əməkdaşları Azərbaycan milli şirniyyatlarını proqram iştirakçılarına təqdim ediblər. Mübadilə proqramı və əməkdaşlıq səmərəli keçib. Mübadilə çərçivəsində iştirakçılar tədris planını daha da inkişaf etdirmək imkanı əldə ediblər.