- 29 Dec 2024
Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin payız semestri üzrə növbəti iclası keçirilib.
Öncə 2024-cü il dekabrın 25-də təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra universitetin rektoru, dosent Səyavuş Qasımov gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “Bakı Avrasiya Universitetinin 2024-cü təqvim ili üçün elmi fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında”, “Bakı Avrasiya Universitetinin 2024-cü il üçün beynəlxalq əlaqələr sahəsində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında”, “2024/2025-ci tədris ilinin Payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları və Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş Strategiyalar, Strateji Yol Xəritələri, Konsepsiyalar, Dövlət Proqramları, Fəaliyyət planları və proqramlarının icrası ilə bağlı Universitetdə 2024-cü il ərzində görülmüş işlərə dair hesabat məlumatları dinlənilib. Müzakirəyə çıxarılan bütün məsələlər üzrə Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib.
Elmi Şuranın iclası cari məsələlərə baxılması ilə davam edib. İclasda Universitetin “2025-ci il üçün Tədbirlər Planı” və “2025-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi tədbirlər planı” müzakirə edilib və təsdiqlənib. Elmi Şura “Bakı Avrasiya Universitetində ali təhsilin bakalavriat səviyyəsində yeni təhsil proqramlarının (ixtisaslarının) açılması barədə” və “Karyera və Təcrübə Mərkəzi haqqında” məsələləri də geniş müzakirə edərək müvafiq qərarlar verib.
Sonda, rektor Səyavuş Qasımov BAAU-nun kollektivini və təhsilalanlarını qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıb.