Xəbərlər

Bakı Avrasiya Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Avrasiya Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
  • 28 Feb 2025

2025-ci il fevralın 28-də Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin yaz semestrində növbəti iclası keçirilib.
İclası giriş nitqi ilə açan BAAU-nun rektoru, dos. Səyavuş Qasımov qarşıdan gələn Novruz və  Ramazan bayramları münasibətilə Şura üzvlərini təbrik edib, cari ilin 12-13 aprel tarixlərində keçirilməsi planlaşdırılan “BAAU-Niğde Hackathon 2025” Hakatonu və 21-23 may tarixlərində BAAU, Qazax Qızlar Milli Pedaqoji Universiteti və Niğde Ömer Halisdemir Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumuna hazırlıq vəziyyəti barədə məlumat verib. Daha sonra rektor Elmi Şuranın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
İclasda 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları barədə hesabat, kadr hazırlığı aparılan ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulmuş ixtsas təcrübəsinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr, eləcə də 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə təhsilalanlara təqaüdün təyin olunması haqqında məlumatlar dinlənilib. Müzakirələrə çıxarılan bütün məsələlər üzrə Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib.
Elmi Şura iclası cari məsələlərin müzakirəsi ilə davam edib. İclasda fakütlə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsi və Elmi Şuranın tərkibində dəyişiklik haqqında məsələlərə baxılıb və qərarlar qəbul edilib.

Digər Xəbərlər