Xəbərlər

Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun bağlanış mərasimi

Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun bağlanış mərasimi
  • 13 Jun 2024

           Bakı Avrasiya Universitetinin (BAAU), Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən BAAU-nun rektoru, professor Nazim Hüseynli beynəlxalq tədbirin türk xalqlarının akademik əlaqələrinin, ortaq tədqiqatların inkişafına töhfə verəcəyini vurğulayıb. Rektor, professor Nazim Hüseynli bildirib ki, simpoziumun elmi proqramı müxtəlif ölkələrdən ümumilikdə 320-dən çox məruzə ilə həyata keçirilib. Türk dünyasını maraqlandıran mövzular üzrə məruzələr və elmi araşdırmaların perspektivlərinə dair müzakirələr aparılıb.

          Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun nəticələrini yüksək qiymətləndirərək Təşkilat Komitəsinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, beynəlxalq tədbirdə ənənəvi olaraq keçirilən “Kökümüz bir, türkük” festivalı tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının mədəni əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

          Qazax Qızlar Milli Pedaqoji Universitetinin prorektoru Dr.Zakir Jumakulov diqqətə çatdırıb ki, Türk dünyasının bütün məsələlərinin müzakirə olunduğu simpozium müxtəlif coğrafiyalardan və ölkələrdən olan alimlərin bir araya toplamasına, müxtəlif problemlərin həll yollarının müzakirəsinə, ortaq yanaşmalara şərait yaradır.

          Bağlanış mərasimdə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun yekun bəyannaməsi səsləndirilib.  XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun 21-23 may 2025-ci il tarixlərində Niğde Ömer Halisdemir Universitetinin ev sahibliyi ilə Niğde şəhərində keçirilməsi qərara alınıb. Konfransın mövzusu “Türk dünyasında ali təhsil sahəsində əməkdaşlıq” olaraq müəyyən edilib. Yekun bəyannamədə simpoziumun tərəfdaş universitetləri arasında təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, simpozium jurnalının SCOPS və ya SSCI kimi elmmetrik istinad bazalarına daxil olması və s. məsələlər öz əksini tapıb.

          Bağlanış mərasimi Qala gecəsi ilə davam edib.

Digər Xəbərlər